Babək rayon gəncləri üçün motivasiya yönümlü təlim keçirilib
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Babək rayon gəncləri üçün Ayxan Hüseynlinin “İnsan öz zamanını yaradır...” mövzusunda şəxsi inkişaf təlimi təşkil olunub. Təlimdən öncə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək muxtar respublikada aparılan gənclər siyasəti haqqında məlumat verib və qeyd edib ki, Nazirlik tərəfindən keçirilən sosial sorğuda gənclərin maraq dairəsi nəzərə alınaraq onlar üçün şəxsi inkişaf yönümlü təlim və seminarların sayı daha da artırılır.
Gənclərin şəxsi inkişafı, onlar arasında müxtəlif sahələr üzrə təcrübə və fikir mübadiləsi aparılmasına şərait yaradılması məqsədilə keçirilən təlim "Xəyallar zamandan asılıdırmı?", "Keçmişin gələcəyə təsiri", "Bəlkə bir gün", "Zamana buraxılan ümidlər" mövzularını əhatə edib. Sonda gənc təlimçi iştirakçıların mövzularla bağlı fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.